Prezident İlham Əliyev Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbə verilməsi haqqında sərəncam imzalayıb.
Müvafiq sənədi AZƏRTAC dərc edib.
Sərəncama əsasən, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları - polkovnik Şahvələd İsmayıl oğlu Əliyev və polkovnik Yusif Həsən oğlu Mirzəyevə general-mayor ali hərbi rütbəsi verilib.
Dövlət başçısının digər sərəncamı ilə xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif ediliblər:
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Tağıyev Elmar Əli oğlu – polkovnik-leytenant
“Hərbi xidmətlərə görə” medalı ilə
Babazadə Əjdər Yəhya oğlu – polkovnik-leytenant
Əhmədov Elşad Təşkilat oğlu – polkovnik-leytenant
Məmmədov Bəxtiyar İbrahim oğlu – polkovnik-leytenant
Nəbiyev Əfran Xanəli oğlu – polkovnik-leytenant
Əliyev Vüsal Akif oğlu – mayor
Həsənov Nicat Zəfər oğlu – mayor
Əsədullayev Vilayət Fətulla oğlu – kapitan
Sadıqova Ülviyyə Məhərrəm qızı – ədliyyə baş leytenantı.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub