Fevralın 12-də, saat 20:00 radələrində Şirvan şəhəri ərazisində şəhər sakini Rəşad Fətullayevi bıçaqlayan şəxs tutulub.
DİN mətbuat xidmətindən Mynews.az-a verilən məlumata görə, Rəşad Fətullayev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda vəfat edib.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən, şəhər ərazisində kirayədə yaşayan Sabirabad rayon sakini A.Adıgözəlov saxlanılıb.
Qeyd edək ki, R.Fətullayev Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin birinci kurs tələbəsi olub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub