Biləsuvarda 11-ci sinif şagirdi babasının evində ölüb.
Mynews.az azxeber.com-a istinadən verdiyi xəbərə görə, hadisə fevralın 17-si gecə saat 22 radələrində baş verib.
Rayonun Xırmandalı kəndində yaşayan 2001-ci il təvəllüdlü Elxanə Hüseynzadənin dəm qazından zəhərlənərək ölməsi barədə məlumat daxil olub. Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin olunub.
İlkin araşdırma zamanı müəyyən edilib ki, E.Hüseynzadə çimmək üçün babasına məxsus evin həyətində yerləşən hamama girib və orada dəm qazından boğularaq vəfat edib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub