“Əmək pensiyaları haqqında” qanuna dəyişikliklər layihəsi parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Mynews.az xəbər verir ki, bu barədə parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib.
O qeyd edib ki, bu dəyişikliklə ölkədə əmək pensiyalarının minimum həddi müəyyənləşdiriləcək və bundan sonra əmək pensiyaları 116 manat yox, 160 manat olacaq:
“Bu artım ümumilikdə ölkədə 233 minə yaxın əmək pensiyaçısına, xüsusilə əlil olan pensiyaçılara şamil olunacaq. Dəyişikliklər qəbul olunduqdan sonra martın 1-dən qüvvəyə minəcək. Bunun üçün bu ilin dövlət büdcəsindən 41 milyon, gələn il isə 49 milyon ayrılacaq”.
Dəyişikliklər layihəsi səsə qoyularaq qəbul edilib.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub