Azərbaycanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı imzalanmış fərmandan zaminlər də yararlana bilər.
Mynews.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov AzTV-də deyib.
"Ola bilsin ki, hansısa borcalan müəyyən səbəblərə görə kredit öhdəliyini yerinə yetirmək iqtidarında olmayıb. Bu zaman pul ona zamin durmuş şəxsdən tutulub. Yəni, zaminin orda əmanəti və yaxud maaş kartı olub, borc avtomatik ondan çıxılıb. Fərmanda yazılıb ki, kompensasiya borcalana ödənilir. Lakin pulu banka onun əvəzinə zamin ödəyibsə, bu zaman borcalana qarşı tələb yaranır. Hesab edirəm ki, borclanlarla zaminlərin münasibətlərinə yenidən baxmaq ehtiyacı yaranır və fərdi qaydada zaminlər məsələsinə baxıla bilər, bu məsələ ilə məşğul ola bilərik”, – deyə nazir qeyd edib.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub