Xəbər verdiyimiz kimi Bakının Yasamal rayonunda intihara cəhd hadisəsi baş verib. F. İbrahimbəyov küçəsində yaşayan, 1971-ci il təvəllüdlü Konstatinova Svetlana Nikolayna əri ilə mübahisə zəminində özünü bıçaqlayıb. İntihara cəhd edən qadın 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Mynews.az xəbər verir ki, 1 saylı Kliniki Tibbi Mərkəzin cərrahı Alim Məmmədov Unikal.org-a bildirib ki, Konstatinova Svetlana Nikolayna hazırda xəstəxananın reanimasiya şöbəsindədir:
"Qadın qarnının ön divarının kəsilmiş-deşilmiş diaqnozu ilə xəstəxanaya gətirilmişdi. Onun qarın boşluğu, bağırsağı və piyliyi zədələnmişdi. 48 yaşlı qadınının sadalanan orqanları tikiş qoyuldu. Hazırda reanimasiya şöbəsindədir. Ona bütün zəruri tibbi yardım göstərilir".
A.Məmmədov qeyd edib ki, əməliyyat olunan qadının mübahisə etdiyi həyat yoldaşı xəstəxanaya gəlməyib. Xəstəxanada Svetlana Nikolaynanın oğlu ancaq onun yanında olub.
Qeyd edək ki, 1971-ci il təvəllüdlü Konstatinova Svetlana Nikolayna cərrahi əməliyyat olunduqdan sonra polislərə verdiyi ilkin izahatında bildirib ki, həyat yoldaşı ABŞ vətəndaşıdır. Həmişə xüsusi bayramlarda ona qayğı və diqqət göstərib. Lakin bu gün əri ona heç bir hədiyyə almadığından özünü bıçaqlayıb.
Fakt Yasamal Rayon Polis İdarəsində araşdırılır.a
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub