İdmançı Kamil Zeynallının anası Sahilə Zeynallı oğlunun polis tərəfindən saxlanılaraq Nərimanov Rayon Məhkəməsinə aparılmasından danışıb.
Mynews.az xəbər verir ki, Lent.az-a açıqlama verən S.Zeynallı bildirib ki, K.Zeynalının həbs olunma xəbəri düzdür: "Kamil instaqramda bir lazımsız paylaşıma görə bir neçə sutka dövlətin qanunu qarşısında cavab verəcək”.
Qeyd edək ki, bu xəbəri ilk olaraq Report yayıb. Xəbərdə Kamilin hazırda məhkəmədə olduğu bildirilib. Məhkəmənin onun əməli ilə bağlı qərar verəcəyi gözlənilir. O, İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) maddəsi ilə ittiham olunur.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub