Son günlər müğənni Nadir Qafarzadə ilə klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun xanım ifaçıları təhqir etməsinə cavab gecikməyib.
Musiqiçilərə ilk münasibəti müğənni Səidə Sultan bildirib. O, ifaçıları biabır edib:
"Hər kəsin həyatda bir yolu var: kimi həkim olur, kimi müəllim, kimi alim, kimi avara, kimi müğənni, kimi usta... Yetər ki, getdiyin yolda vicdanlı ol, seçdiyin sənətinə hörmətlə yanaş. Mənim də sözüm bu bizim birliyi olmayan, danışığını, sözünün yerini bilməyən bəzi şou nümayəndələrinədir. Sənətinizə hörmət edin. Ağzınızın danışığını bilin.
Fahişə hər yerdə fahişədi. Yetər ki, sənin "naturan" fahişə olmasın. Ağzınızdan çıxdığı kəlimələrə diqqət edin. Evinizdə qızlarınız, oğullarınız böyüyür. Ona görə çox gözünüzə, başınıza yaxmayın. Özünüzə hörmət edin. Əsas da kişilər. Yekə kişisiniz, kişi söhbəti edin".
Qeyd edək ki, Nadir Qafarzadə xanım müğənnilərin ünvanına "Müğənni qızı evimə necə gətirim? Qısa yubka, harasına kimi yarığı olan qızı evimə necə gətirim? Bunu bütün kişilər gördü da, oğluma nə qaldı? Onlara day-dayları kömək olur. Gedib kabinetdə oturacaq, kömək alacaq. "Kabinet ulduzu" olublar. Mənim arvadım da xanım, o da? Qadındırlar, xanım yox. Bioloji qadın doğulur, fahişəyə də xanım deyirlər. Mənim anam da xanım, o da. Xanım sözünü qarışdırmayın, əsl xanımları təhqir edirsiniz" sözlərini demişdi.
Hüseyn Məhəmmədoğlu isə "Əxlaqsız qadın müğənni əxlaqdan danışır, camaata məsləhət verir. Az, sən özün nə gündəsən? Savadsız özünü savadlı aparır. Olduğun kimi göstər özünü. Biz səni elə helə qəbul edəcəyik.
Ailəsi bərbat olan bir insan adamlara ailədən dərs keçir. Sən get birinci öz ailəni düzəlt, sonra insanlara dərs keç. Bu, daha gözəl olar" sözlərini işlədib.
////Axşam.az