Bakı Şəhər İcra Hakimiyyəti gecədən başlayan güclü küləklə bağlı paytaxt sakinlərinə, xüsusilə sürücülərə xəbərdarlıq edib.
Mynews.az xəbər verir ki, BŞİH Yaşıllaşdırma Təsərrüfatı Birliyindən "Qafqazinfo”ya verilən məlumata görə, hazırda paytaxtda güclü külək müşahidə olunduğundan vətəndaşların, eləcə də sürücülərin diqqətli olmaları tövsiyə edilir: "Sürücülərdən xahiş edirik ki, avtomobillərini hündür və irigövdəli ağacların altında park etməsinlər. Həmçinin sakinlərdən ehtiyatlı olmaları xahiş olunur, küləkli hava şəraiti ilə əlaqədar ağacların altından keçməmələri tövsiyə olunur”.
Hazırda paytaxtın bir neçə yerindən ağac qırılması ilə bağlı çağırışlar daxil olub. Birlik əməkdaşları hadisə yerlərinə yollanıblar. Yaxın saatlarda küləyin törətdiyi fəsadlarla bağlı dəqiq məlumat əldə olunacaq
Birlik bu gündən etibarən gücləndirilmiş iş rejiminə keçib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub