Sosial şəbəkədə yayılmış bir fotoda marketdə prezervativin satıldığı görünür
Mynews.az Orman.az-a istinadən xəbər verir ki, şəkli paylaşan şəxs həmin yerin “Bazarstore” olduğunu qeyd edib. Şəklin altına rəy yazan əksər şəxslər durumu pisləyib. Onlar marketdə bu tip ləvazimatların satılmasına qarşı olduqlarını deyib. Bununla yanaşı “işimiz rahatlaşdı” yazaraq, şəkildəki mənzərəyə haqq qazandıranlar da olub.
Orman.Az məsələ ilə bağlı “Bazarstore” mağzalar şəbəkəsi ilə əlaqə saxlayıb. Şəbəkədən həmin fotodan məlumatsız olsalar da, “Bazarstore”da qoruyucuların, yəni prezerativlərin satıldığı təsdiqlənib.
Qeyd olunub ki, mağazanın paytaxtın bir neçə ünvanında yerləşən mağazasında prezerativ satılır.
Qeyd edək ki, sosial şəbəkədə qeyri-adi qarşılansa da, hazırda dünyanın əksər ölkələrində “super market”lərdə prezerativ satılır.


1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub