İntihar edən Elina ilə bağlı şok faktlar üzə çıxdı - FOTOLAR

2438
İntihar edən Elina ilə bağlı şok faktlar üzə çıxdı - FOTOLAR

14 yaşlı Elinanın intiharı ilə bağlı istintaq işinin geniş dairəni əhatə edəcəyi haqda ötən gün məlumat vermişdik.

Buta.media-a məlumat verir ki, “Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, açılan cinayət işi ilə bağlı təkcə 162 saylı məktəbin rəhbərliyi və bir sıra məktəbliləri əhatə etmir.

Hadisə ilə bağlı prokurorluq geniş araşdırma aparıb və nəticədə ortaya valideyin və məktəb nəzarətindən kütləvi şəkildə kənara çıxmış yeniyetmələrin olduğu aşkar edilib. 

Bəlli olub ki, 13-17 yaşlı bir qrup məktəbli mütəmadi olaraq gecə klublarına gedir, burada zərərli vərdişlərə başlayırlar. 
Onların içərisində intihar edən Elina və onunla eyni məktəbdə oxuyan yaxın qohumları və yuxarı sinif şagirdi oğlanlar olub. Bütün bu deyilənlər  videogörüntülərlə təsdiq edilib. 

Hüquq mühafizə orqanlarının əməkdaşları bir sıra bar və gecə klublarının təhlükəsizlik kameralarının qeydə aldığı görüntüləri izləyib və azyaşlıların qeyri etik hərəkətlərinin davamlı olaraq baş verdiyinin şahidi olublar. Kamerada görünən bütün yeniyetmələrin ifadələrinin alınacağı bildirilir.

Bütün bunlardan sonra isə onların bu hərəkətlərinə şərait yaradan gecə klublarının sahiblərinin də istintaqa cəlb ediləcəyi gözlənilir. Bundan əlavə uşaqların yaşadığı ərazinin sahə müvəkkilləri, polis idarəsinin Yetkinlik Yaşına Çatmayanların İşləri üzrə Komissiyası da məktəblilərlə bağlı müvafiq rəylərini istintaqa təqdim ediblər.

Maraqlıdır ki, intihar hadisəsi baş verənə qədər aidiyyatlı qurumlar və ən əsası da valideynlər övladlarının qeyri-normal həyat tərzlərinə vərdiş etməmələri üçün niyə heç bir addım atmayıb? 

Xatırladaq ki, 14 yaşlı Elina Hacıyeva özünü məktəbin üçüncü mərtəbəsindən atraq həlak olub.  Onun məktəbdə şagirdlərin təzyiqi ilə üzləşdiyi, bu səbəbdən də özünü əvvəlcə dərman içərək, daha sonra isə pəncərədən ataraq öldürmək istədiyi qeyd edilir.

Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü intihar həddinə çatdırma) üzrə cinayət işi açılıb.

Xəbər lenti