Xocahəsən deposunun layihələndirmə işləri davam edir. 2020-ci ildə Bənövşəyi xəttin üçüncü stansiyası istifadəyə veriləcək.
Mynews.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, 3-cü stansiyanın arxasında qatarın bir yoldan digər yola keçməsini təşkil edən "dönmə kamerası" adlanan infrastruktur qurulacaq.
"Bu isə həm hərəkət qrafikini təşkil etmək baxımından qatarların sayının artırılması, həm də Xocahəsən deposunun qismən istifadəyə verilməsini tələb edən prosesdir. Deponun həmin hissəsinin layihələndirilməsi işləri sürətlə davam edir".
B.Məmmədov qeyd edib ki, bu il "Avtovağzal" stansiyasından Xocahəsən deposuna ikinci tunelin inşası da həyata keçiriləcək:
"2018-ci ildə bu tunellərdən biri inşa olunmuşdu. Yaxın aylarda digər tunelin də inşası tamamilə başa çatdırılacaq, yol və digər infrastruktur işlərinin aparılmasına başlanılacaq".
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub