Cəlilabad rayonunda yaşlı kişinin döyülməsilə bağlı video yayılıb.
Mynews.az baku.ws-ə istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan videodan da göründüyü kimi yaşlı kişi bir neçə şəxs tərəfindən vəhşicəsinə döyülür. Yaşlı kişinin əlləri bağlanıb. Onu döyən şəxslər kişini təhqir edirlər.
Bildirilir ki, döyülən kişi Cəlilabad rayonunda məktəblərin birində müəllim işləyir. Deyilir ki, guya həmin müəllim şagirdlərdən birinə əxlaqsız təklif edib. Əxlaqsız təkliflər edilən qızın dayısı da həmin müəllimi döyür.
Məsələ ilə bağlı Cəlilabad Təhsil İdarəsilə əlaqə saxladıq. İdarədən BAKU.WS-ə bildirdilər ki, həmin məsələ ilə bağlı sosial şəbəkələrdən və mətbuatdan xəbər tutublar.
“Hazırda məsələ araşdırılır. Araşdırmalardan sonra dəqiq məlumat vermək olar”, - deyə qurumdan bildirilib.
Hüquq mühafizə orqanlarından isə BAKU.WS-ə bildirdilər ki, məsələ ilə bağlı şikayət və məlumat daxil olarsa araşdırma aparılacaq:
"Video yayılanda və şikayət daxil olanda müvafiq orqanlarda araşdırma aparılır. Ola bilər video köhnədir və s".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub