Bir neçə aydır Rusiyada yoxa çıxan 24 yaşlı qızın meyiti çaydan tapılıb.
Bu barədə Trend-ə Rusiyanın Kemerovo vilayətindəki Azərbaycan icmasının sədri Fikrət Qasımov bildirib.
Leytenant rütbəsi olan gənc qız Rusiyanın Novokuznetsk şəhərində “Zavodski” polis bölməsində müstəntiq işləyib.
“Uzun zamandır itkin düşən həmvətənimiz 1995-ci il təvəllüdlü Əliyeva Aysel Nəbi qızının meyiti bu ayın 9-da çaydan tapılıb. Martın 8-dən yoxa çıxan qız artıq federal axtarışa da verilmişdi. Ekspertizanın cavabına görə, Ayselin bədənində heç bir zorakılıq əlaməti aşkar olunmayıb, ilkin versiyaya əsasən, gənc qız intihar etmək üçün özünü çaya atıb”, - deyə, F.Qasımov bildirib.
İcma lideri qeyd edib ki, A.Əliyeva bir müddət əvvəl nişanlanıb:
“Aysel bir müddət əvvəl idmançı bir oğlana nişanlanıb. Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi isə qızın ailəsini məhkəməyə verməyə hazırlaşır. Ehtimal edilir ki, ailə qızı zorla nişanlayıb və o da buna görə intihar edib”.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub