Xətai Rayon Məhkəməsində piyadanı avtomobillə vuraraq öldürməkdə təqsirləndirilən Sunay Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Mynews.az oxu.az-a istinadən xəbərinə görə, hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, S.Vəliyev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu il fevralın 9-da Bakının Xətai rayonu, Zığ yolu küçəsində baş verib. 1980-ci il təvəllüdlü S.Vəliyev idarə etdiyi “Mercedes-Benz GLS” markalı, 99-VS-999 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçmək istəyən piyada, 1969-cu il təvəllüdlü Müşfiq Əliyevi vuraraq öldürüb. Daha sonra S.Vəliyev hadisə yerindən qaçıb.
Faktla bağlı rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.
Xatırladaq ki, S.Vəliyev “Laçın” Ticarət Mərkəzinin keçmiş sahibi Məsud Vəliyevin oğludur. M.Vəliyev 2015-ci ildə dünyasını dəyişib. M.Vəliyevin vəfatından sonra onun biznesinə oğlu rəhbərlik edir.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub