Uşağın anadan olmasına görə birdəfəlik müavinət almaq üçün vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdaifə Fonudunun müvafiq idarəsinə müraciət etməlidir.
Paytaxtın Yasamal və Səbail rayonlarında yaşayan vətəndaşlar isə bunun üçün DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin 1 saylı DOST mərkəzinə müraciət edə bilərlər.
DOST mərkəzinin məsləhətçisi Kamran Abdullayev müavinət almaq üçün tələb olunan sənədləri açıqlayıb.
Əgər yeni doğulan körpənin valideynlərindən biri işləyərsə, onda həmin şəxs müavinəti almaq üçün işlədiyi yerə, yəni, işəgötürənə müraciət etməlidir. İşəgötürən isə onlayn şəkildə məlumatları dövlət qurumuna təqdim etməlidir.
Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə uşağın anadan olmasına görə sosial müavinətin məbləği artırılaraq 200 manat olub. Yeni qayda aprel ayından qüvvəyə minib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub