İyunun 15-də Milli Qurtuluş Günü ilə əlaqədar Azərbaycanın milli parklarında “Açıq qapı” günü keçirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən mynews.az-a bildiriblər ki, səhər saat 09:00-dan 18:00-dək davam edəcək “Açıq qapı” günündə ziyarətçilər giriş haqqından azad edilirlər.
Nazirlik hər kəsi milli parklarda təbiətin füsunkar gözəlliklərindən zövq almağa dəvət edir.
Qeyd edək ki, ölkəmizdə 10 milli park fəaliyyət göstərir. Bunlar Abşeron, Altıağac, Şirvan, Ağgöl, Hirkan, Göygöl, Şahdağ, Samur-Yalama, Zəngəzur, Qızılağac milli parklarıdır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub