Müəllimlərin maaşı artımdan sonra necə hesablanacaq?

787
Müəllimlərin maaşı artımdan sonra necə hesablanacaq?

Prezident İlham Əliyevin 18 iyunda imzaladığı sərəncamdan sonra müəllimlərin əməkhaqlarının miqdarı açıqlanıb.

Bununla bağlı təhsil eksperti Kamran Əsədov sosial şəbəkədə məlumatpaylaşıb. 

Ekspertin paylaşımında dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşlarının artımı da göstərilib:

“Pedaqoji staj üç ilə qədər olduqda bir stavka dərs yükü (18 saat) olmaqla, 77 manat artaraq 462 manat (əvvəl 385 manat idi), pedaqoji staj üç ildən səkkiz ilə qədər olduqda bir stavka dərs yükü (18 saat) olmaqla, 83 manat artaraq 496 manat (əvvəl 413 manat idi), pedaqoji staj səkkiz ildən 13 ilə qədər olduqda bir stavka dərs yükü (18 saat) olmaqla, 87 manat artaraq 522 manat (əvvəl 435 manat idi), pedaqoji staj 13 ildən 18 ilə qədər olduqda bir stavka dərs yükü (18 saat) olmaqla, 93 manat artaraq 555 manat (əvvəl 462 manat idi), pedaqoji staj 18 ildən çox olduqda bir stavka dərs yükü (18 saat) olmaqla, 99 manat artaraq 594 manat (əvvəl 495 manat idi) olacaq.

Elmi dərəcə, kitab müəllifliyi və s. – təsir edən amillərdən biri də məhz elmi dərəcəsi olan və ixtisası üzrə fənn tədris edənlər, Azərbaycanın fəxri adlarına layiq görülmüş şəxslər, ümumi təhsil müəssisələrində istifadə edilən dərslik və ya müəllim üçün metodik vəsaitlərin müəllifləri ilə bağlıdır.

Yuxarıda sadalanananlardan istənilən biri olduğu halda maaşa 45 manat əlavə olunur. Fəlsəfə doktoru olduğunuz halda 60, elmlər doktoru olanda isə maaşa 100 manat əlavə olunur. “Əməkdar” fəxri adında 100 manat, “Xalq” fəxri adında isə maaşa 150 manat əlavə nəzərdə tutulur”.

Xəbər lenti