Bakıda ailədaxili mübahisə davaya çevrilib.
Trend-in məlumatına görə, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib.
Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Təhməzova Renera Nazim qızı Nizami rayonu, C.Naxçıvanski küçəsi ev 92, mənzil 84-ə qardaşının evinə qonaq gəlib.
O, həmin evdə yaşayan qardaşının həyat yoldaşı, Ukrayna vətəndaşı, 1991-ci il təvəllüdlü Kazımova Anna Stanislavovna ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə onlar bir-birini döyərək xəsarət yetiriblər.
Hadisə nəticəsində Anna Kazımovanın oğlu, 2008-ci il təvəllüdlü Kazımov Denis Telman oğlu da xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub