Ötən gün dünyasını dəyişən 2013-cü ildə MMA üzrə dünya kubokunu, 2014-cü ildə isə dünya çempionluğunu qazanan Fərhad Poladovun sevgilisi Ülkər Abbaslının sosial media paylaşımları hər kəsi üzüb.
Ülkər sevgilisi ilə son yazışmalarını paylaşaraq hər kəsin ürəyini parçalayıb.
"Fərhad, indi həyatım sənsiz necə davam edəcək, bilmirəm. Həyatım dayanıb. Elə bilirəm ki, yuxudur. Amma bu yuxu uzun çəkdi. Sənsiz inan ki, boğuluram. Səni qucaqlamalı idim, soyuq qəbrini qucaqlayıram. Canımdan can getdi. Bilirdin axı səni itirməkdən qorxuram. Mən sənsiz nə edəcəyəm? Bir qız üçün sevdiyinin gözü qabağında dünyasını dəyişməsi faciəvi şəkildə ölüm deməkdir. Düşmənimə də azrulamıram bunu. Dünən başın dizimdəydi, bu gün torpaqda. Hər gün gələcəyəm yanına, səni tək qoymaram mən. İnşəAllah yanına tez gələcəm. Nur içində yat, Sevgilim".
Qeyd edək ki, F.Poladov dünən "Koroğlu” metrostansiyasının yaxınlığında özünün "Niva” markalı avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi səkiyə çırpılaraq yolun əks tərəfinə çıxıb və "Hyundai” markalı avtomobillə toqquşub. /// aznews.az






1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub