Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 23-də I və IV ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanlarının nəticələrini açıqlayıb.
DİM-in açıqlamasına görə, imtahanda I ixtisas qrupu üzrə yeddi abituriyent test tapşırıqlarına düzgün cavab verib və maksimum, yəni 400 bal toplayıb.
Mynews.az oxu.az-a istinadən xəbər verir ki, maksimum bal toplayan abituriyentlərdən biri Elza Qurbanovadır. O, Bakı şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunudur.

E.Qurbanova deyir ki, bakalavr təhsilini Azərbaycanda almağı planlaşdırır:
"Mühəndis olmaq istəyirəm. Bakı Ali Neft Məktəbində təhsil almağı arzulayıram. Bu arzumu reallaşdıracağam.
Magistratura təhsilini isə xaricdə almağı düşünürəm. Qəbul və buraxılış imtahanları ilə birlikdə ümumi balım 688,6-dir. Valideynlərimin və müəllimlərimin də əməyi çoxdur, onlara təşəkkür edirəm".
İmtahanda maksimum bal toplayan şagirdlərdən biri də Mingəçevir şəhər sakini Aysel Seyidəhmədovadır.

O bildirib ki, ali məktəbə hazırlaşan zaman heç bir əlavə məşğələyə getməyib:
"Məktəbdə dərslərimi yaxşı oxumuşam və universitetə hazırlaşmışam. Ümumi 666 bal toplamışam. Hansı universitetdə təhsil alacağıma hələ tam qərar verməmişəm. Bakı Dövlət Universitetində ingilis dili üzrə riyaziyyat müəllimliyi ixtisasını seçə bilərəm".
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub