Şəki şəhərində günorta saatlarında baş verən qəzada yaralananların adları məlum olub.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, 99-GH-938 dövlət qeydiyyat nişanlı, “Ford” markalı mikroavtobusun idarətməni itirərək aşması nəticəsində üçü azyaşlı olmaqla, altı nəfər xəstəxanaya çatdırılıb.
Yaralılar mikroavtobusun sürücüsü 30 yaşlı Anar Rüstəmov, 53 yaşlı Nüşabə İsayeva, əslən misirli olan 59 yaşlı Aşraf Cəlal Saat oğlu, 12 yaşlı Selcan Cəlal Aşraf qızı, 17 yaşlı Aytən Canəliyeva və doqquz yaşlı Ayan Hacıyevadır.
Xəstəxanadan verilən məlumata görə, azyaşlıların heç biri ciddi xəsarət almadığından ambulator müalicəyə yola salınıblar, digər şəxslər isə stasionar müalicəyə alınıblar.
13:15
Şəkidən Bakı istiqamətindən hərəkət edən mikroavtobus yoldan çıxaraq aşıb.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Şəkinin Aşağı Göynük kəndi ərazisində baş verib.
İlkin məlumata əsasən, qəza nəticəsində ən azı beş nəfər yaralanıb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub