"Qardaş az qalıb, 240-la gedə biləcək mikroavtobusa da sahib olacam”.
Mynews.az unikal.org-a istinadən xəbər verir ki, bu sözləri iyul ayının 9-da Masallıda "Mercedes Benz Vito 115” markalı, 99 LH 458 dövlət qeydiyyat nişanlı mikroavtobusla törətdiyi qəza nəticəsində 8 nəfərin ölümünə səbəb olan Mustafayev Nizami Malik oğlu sosial şəbəkələrdəki səhifəsində bildirib.
"Mercedes Benz Vito 115” markalı” mikroavtobusdan əvvəl "Ford” markalı mikroavtobus idarə edən N.Mustafayev sosial şəbəkədə özünü sürətli mikroavtobus sürücüsü kimi tanıdıb. Dostlarından bəziləri N.Mustafayevi "Ford” markalı mikroavtobusu yavaş idarə etməyi, bəziləri isə sürət həddi yüksəltməyi ona tövsiyə edirlər.
N.Mustafayev sürət həddi yüksək olan başqa bir mikroavtobusa yaxın vaxtlarda sahib olacağını dostlarına anons edir və belə cavab verir: "Az qalib gedəcək”.
Beləliklə bir müddət sonra N.Mustafayev 8 nəfərin ölümünə səbəb olan Mercedes Benz Vito 115” markalı, 99 LH 458 dövlət qeydiyyat nişanlı mikroavtobusun görüntülərini sürət sevən dostlarına paylaşır.
Həmin görüntüləri sizlərə təqdim edirik:









1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub