Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) yeni rəis təyin olunub.
Mynews.az oxu.az-a istinadən məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr verib.
Əmrə əsasən, polkovnik Əbülfət Rzayev BMCMİ-yə rəis təyin edilib. O, bu postda Seyfulla Əzimovu əvəzləyib.
Xatırladaq ki, Ə.Rzayev bundan əvvəl Nəsimi Rayon Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.
Qeyd edək ki, iyulun 5-də Prezident İlham Əliyevin sərəncamı polis general-mayoru Seyfulla Əzimov Daxili İşlər nazirinin birinci müavini təyin edilib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub