Aparıcı Firuzə Cəlilova (Fira) uşaqlarının otağında şahidi olduğu qorxunc mənzərəni sosial şəbəkə hesabından paylaşıb.
Mynews.az baku.ws-ə istinadla xəbər verir ki, ruh olduğu ehtimal edilən kölgə aparıcının iki oğlunun çarpayısı ətrafında hərəkət edir.
Fira görüntüləri paylaşarkən evində "domovoy" olduğunu və evində qəribə hadisələrin baş verdiyini yazıb:
"Gecə-gecə sizi qorxutmaq niyyətim yoxdur. Amma bu video mənim evimdə, uşaqlarımın otagında ki, nəzarət kamerasından çəkilib. İndi deyin görüm, mən gördüyümü sizdə görürsünüz?
Şəxsən mən evimdə “Domovoy”-un olduğuna inanıram. Hətta bu varlıq övladlarımı çox sevir. Həqiqətdə baş verən hadisəni danışacam. Anam bir neçə gün bizdə qalanda uşaq otağında 3 mərtəbəli çarpayı olduğu üçün gecəni orada uşaqlarla bərabər yatırdı. Həmin ərəfələr gecə yuxu problemi olduğundan izləyə-izləyə yuxuya gedirdi. 2 gündən sonra uşaq otağındakı televizorun pultunu tapmaq üçün bütün evi alt-üst etdik. Lakin tapmadıq. Hətta o zaman zarafatca anama dedim ki, uşaqları axşam narahat edə bilərsən deyə “Domovoy”umuz pultu gizlədib. Mənə inanmadı. Anam 10 gündən sonra öz evinə qayıtdı. İnanmayacaqsınız, pultu uşaq otağındakı kitab rəfində tapdım. Görünən yerdə idi. Anama dedi ki, ora 100 dəfə baxdım axı. Cavab verdim ki, demək ki, uşaqları oyada bilərsən deyə “Domovoy” dostları gizlədiblərmiş".
Bir dəfə də yeni ilin ilk gunu (01.01.2019) rəfiqəm bizdə gecələdi. Uşaqlar evdə yox idi, uşaq otağında yerləşdirdim. Uşaq çarpayımız 2 metrə yaxındır, böyüklər də rahatlıqla yata bilər. Rəfiqəm səhər oyananda dedi ki, bütün gecəni yata bilməmişəm. Ele bil kimsə bərk-bərk ayaqlarını yerə vurub gəzirdi. Həmin vaxt onu qorxutmamaq üçün qonşularımızın gec yatdığını bəhanə etdim. Lakin indi artıq həqiqətləri bilir".
Sözügedən kadrları təqdim edirik:
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub