Bakı avtovağzalında 5 yaşlı uşağına tam bilet satan kassir cəzalandırılıb.
Mynews.az azxeber.com-a istinadən bildirir ki, bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova deyib. Onun sözlərinə görə, bununla bağlı ailə üzvlərindən biri avtovağzalla əlaqə saxlayıb:
"Gəncəyə gedən sərnişinin 5 yaşlı uşağına tam bilet satılması ilə bağlı xəbər yayılıb. Xəbər yayılmadan öncə ailə üzvlərindən biri bizimlə əlaqə saxladı, məsələni araşdırdıq və sərnişinin doğru dediyini təsbit etdik, ödədiyi artıq məbləği gəlib götürməsini xahiş etdik. Satışı həyata keçirən kassir barəsində ciddi ölçü götürüldü".
P.Məmmədova əlavə edib ki, əgər şikayət varsa və sərnişin haqlıdırsa, bu məsələnin həllinə maksimum çalışırıq: "Bəzən belə yazıları "Avtovağzalın özbaşınalığı" adlandırırlar. Özbaşınalıq o zaman olardı ki, məsələ tam diqqətdən kənar qalardı".
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub