AXCP-də qız üstündə qırğın FAKT + QALMAQAL

796
AXCP-də qız üstündə qırğın FAKT + QALMAQAL

Və ya “Çəkilin, Makedonla Namiq dava edəcək..!”

AXCP daxilində davam edən ziddiyyətlərə daha biri də əlavə olunub. Belə ki, adıçəkilən partiyadakı inanılmış mənbədən SİA-ya daxil olan dəqiq məlumata görə, təşkilatın 30 illik yubileyi ilə bağlı keçirilən növbəti tədbir qalmaqalsız ötüşməyib.

Belə ki, Vidadi Mirkamalın bağ evində təşkil edilən ziyafətdə ciddi dava-dalaş baş verib. Məlum olub ki, AXCP sədrinin xüsusi “diqqət və qayğı” ilə yanaşdığı Fatimə Mövlamlının ziyafətə dəvət edilən qonaqların arasında olması partiyanın Cəlilabad rayon təşkilatının sədri Təzəxan Mirələmi özündən çıxarıb. O, yumruğunu masaya vuraraq ayağa qalxıb və “bu ləçəri bura kim dəvət edib?!” deyə yüksək tonla bağırıb. AXCP-çilər T.Mirələmi sakitləşdirməyə çalışsalar da, o, susmayıb, F.Mövlamlının polisin agenti olduğunu, hər ay Azərbaycan hökümətindən pul aldığını iddia edib.

AXCP-çi: “Təzəxan çox da şey eləmə, Əli bəy özü gətizdirib Fatiməni”

AXCP-nin Cəlilabad rayon təşkilatının sədrini heç kim sakitləşdirə bilməyib və aranın daha da qızışdığını görən cəbhəçilərdən biri sakit şəkildə Təzəxanın qulağına tərəf əyilib və pıçıldayıb ki, “Təzəxan çox da şey eləmə, Əli bəy özü gətizdirib Fatiməni”.

Lakin buna rəğmən aranın sakitləşəcəyini zənn edən AXCP-çilər fikirlərində yanılıblar. Çünki Ə.Kərimlinin Fatiməni özü ilə tədbirə aparması rayon təşkilatı sədrini daha da özündən çıxarıb və necə deyərlər, odun üzərinə benzin tökülüb.

Təzəxan Mirələm: “Elə Əli bəy də Fatimə Mövlamlının tayıdır”

Daha dəqiq desək, T.Mirələm Ə.Kərimlini partiyanın dəyərlərinə, üzvlərinə hörmətsizlik etməkdə günahlandırıb, digər suçlamaları da önə sürüb. Hətta əsəblərinə hakim ola bilməyərək daha da irəli gedib və “elə Əli bəy də Fatimə Mövlamlının tayıdır” deyib...

Nəticədə münaqişə daha da dərinləşib, tərəflər arasında söyüş və təhqirlər, yumruq davası baş verib. Bu baxımdan, olayı olduğu kimi tam təsvir etmək etik qaydalara sığmadığı üçün həmin məsələdə kimin-kimə hansı təhqir ifadələri yağdırdığını yazmırıq. Ümumiyyətlə, aydın olur ki, AXCP də üzvlərin bir-birini həzm edə bilməmək mərəzi hələ çox davalara səbəb olacaq, necə deyərlər bu xəmir hələ çox su aparacaq.

Əli Kərimlinin əxlaqsızlıq yuvasına çevirdiyi AXCP növbəti dəfə parçalanmadan yan keçməyəcək

Bu arada onu da xatırladaq ki, Ə.Kərimlinin gözəlçəsi kimi tanınan F.Mövlamlı dəfələrlə doğma anasına əl qaldırıb və bunun üstündə polisə aparılıb. O cümlədən, onun əyləncə mərkəzlərində içki içərək, göbəyi və sinəsi açıq şəkildə rəqs etdiyini əks etdirən videorolik “Youtube”də mövcuddur. Ümumiyyətlə, F.Mövlamlının əxlaqsız biri olduğunu AXCP-də çoxları bilir və partiyanın Cəlilabad təşkilatının sədrinin məlum etirazı anlaşılandır. Ancaq Ə.Kərimlinin AXCP-ni “burada mənəm, Bağdadda kor Xəlifə” idarəçiliyi, avtoritarlığı belə deməyə əsas verir ki, bu cür dava-dalaşlar hələ çox davam edəcək və nəticədə Ə.Kərimlinin əxlaqsızlıq yuvasına çevirdiyi AXCP növbəti dəfə parçalanmadan yan keçməyəcək. Fakt ortadadır!

Rövşən RƏSULOV

Xəbər lenti