İyul ayının 24-ü axşam saatlarında təlim-məşq uçuşları keçirən zaman Xəzər dənizinə düşən Hərbi Hava Qüvvələrinin "MiQ-29" təyyarəsinin düşdüyü ərazi müəyyənləşib.
Mynews.az "ölkə.az"a istinadən xəbər verir ki, bunu Unikal.org-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
O, bildirib ki, "Miq-29" təyyarəsi və onun pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin axtarışları istiqamətində işlər gedir:
"Axtarışlar hərtərəfli aparılır. Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Hərbi Hava Qüvvələri, Dövlət Sərhəd Xidmətinin heyyəti axtarışlar aparırlar. Artıq "Miq-29" təyyarəsinin düşdüyü ərazi müəyyənləşib.
Dünən və bu gün axtarış istiqamətində işlər sürətləndirilib. Əvvəlki günlər küləkli hava şəraitinə görə, dənizin dalğalı olması səsəbindən axtarışlara çətinliklər yaradırdı. Ümid edirik ki, axtarışlar nəticə verəcək”.
Qabil Hüseynli axtarışlara müdafiə naziri general-polkovnik Zakir Həsənov şəxsən nəzarət etdiyini deyib: "Cənab nazir hər gün sözügedən əraziyə gəlir. Öz tapşırıqlarını verir”.
Qeyd edək ki, Qabil Hüseynli sözügedən təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin qayınatasıdır.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub