Səhər saatlarında Bakı Metropoliteninin "Neftçilər" stansiyasında qız uşağı ağlayaraq anasının onu döydüyünü və buna görə də evdən qaçdığını deyib.
Mynews.az oxu.az-a istinadla xəbər verir ki, uşaq üçüncü sinifdə oxuduğunu, Masallı rayonundan olduqlarını, hazırda isə Bakıxanov qəsəbəsində qaldıqlarını bildirib.
Azyaşlı ağlayaraq evə getmək istəmədiyini, yaxınlarından heç kimin nömrəsini bilmədiyini deyib.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədli faktı saytımıza təsdiqləyib.
Onun sözlərinə görə, polis hazırda həmin azyaşlının valideynlərini axtarır:
"9-11 yaşlarında olan qız polislərə yaxınlaşaraq evdən qaçdığını deyib. O, iddia edir ki, ailəsi rayondan Bakıya yeni köçüb. Qız Bakıda yaşamaq istəmədiyi üçün evdən qaçıb.
Hazırda polis əməkdaşları onun valideynləri ilə əlaqə yaratmağa çalışır".
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub