"Onun məğrurluğu, şücaəti bizə güvən verirdi ki, Rəşad sağ-salamat evinə, övladlarının yanına qayıdacaq. Təəssüf edirik ki, arzumuz, xəyallarımız baş tutmadı"
Bunu Azvision.az -a açıqlamasında Hərbi Hava Qüvvələrinin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin həyat yoldaşı Könül Hüseynova deyib. O, bildirib ki, Rəşad mərd, vətənpərvər, gözəl insan idi.
"Həyat yoldaşım pak hisslərlə yaşayırdı. İki gül balası onun adını layiqincə davam etdirəcək və ölkəmizə layiqli, vətənpərvər şəxs kimi yetişəcəklər".
Pilotun həyat yoldaşı axtarışlar zamanı xilasetmə qruplarının gərgin əməyinin şahidi olduğunu qeyd edib: "Hava şəraiti bu günlərdə tapılmasına imkan verdi. Onlara da təşəkkür edirik".
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub