Yasamal qəbiristanlığındakı məzarlar haqqında sistemli məlumatların yerləşdirildiyi sayt yaradıla bilər.
Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Yasamal Bələdiyyəsindən məlumat verilib.
Qeyd olunub ki, yəhudi icmaları bununla bağlı danışıq aparmaq üçün müraciət ediblər: "Onlarla danışıqlar zamanı belə bir fikir ortaya çıxdı ki, Yasamal qəbiristanlığındakı yəhudi qəbirlərinin şəkilləri çəkilsin və müvafiq saytda yerləşdirilsin. Məlumatlarda məzar daşı, dəfn olunduğu ölkə və şəhər qeyd ediləcək. Ölən şəxsin yaxınları dünyanın istənilən yerindən həmin sayta daxil olaraq məzarın harada yerləşdiyini öyrənə biləcək”.
Bələdiyyədən bildirilib ki, azərbaycanlıların məzarları ilə də bağlı məlumatlar toplanaraq bənzər sistem yaradıla bilər: "Gələcəkdə belə bir sistemin gerçəkləşməsi mümkün ola bilər.
Qəbirlər dövlət reyestrinə salınacaq. Lakin biz məzar daşını, şəkli deyil, sadəcə, mərhum haqqındakı məlumatları (ad, soyad, doğum və ölüm tarixi) sistemli şəkildə sayta yerləşdirə bilərik”.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub