1996-cı il təvəllüdlü Küveyt vətəndaşı Abdulla Əlqheeb avqustun 25-də Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə şikayətlə müraciət edərək fahişə tərəfindən qarət olunduğunu bildirib.
Bu barədə Mynews.az-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
Onun sözlərinə görə, avqustun 25-nə keçən gecə, saat 04:00-da Tbilisi prospektindəki “1033” gecə klubuna gedərək orada fahişənin xidmətlərindən istifadə edib.
İlkin razılaşmaya əsasən, küveytli fahişəyə 200 dollar verməli imiş. Lakin qız göstərdiyi xidmətə görə pul ala bilməyib. Belə olan halda o, turistin mobil telefonunu götürüb və hadisə yerindən qaçaraq gizlənib.
27-ci Polis Bölməsinin əməliyyatçıları tərəfindən aparılan cinayət-axtarış tədbirləri nəticəsində şübhəli saxlanılıb. O, 33 yaşlı Tovuz rayon sakinidir. Polis əməkdaşları saxlanılan qadının mobil telefonu turistə qaytarmasına nail olublar. Bundan sonra o, sərbəst buraxılıb. Fahişə pulunu yenə də ala bilməyib.
Küveyt vətəndaşı avqustun 22-də Bakıya gəlib və ayın 30-dək burada qalmaq niyyətindədir.
Qeyd edək ki, bu, ərəb turistlərin fahişələrdən şikayətləndiyi ilk belə hal deyil.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub