Avqustun 28-də saat 08:00-dan Bakının Tbilisi prospektində istismarı dayandırılmış qaz xəttinin ləğvi və yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması işləri icra olunacaq.
Bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bununla əlaqədar olaraq 1 və 2-ci Alatavada, Tbilisi və Heydər Əliyev prospektlərində, Nəsimi, Yasamal və Nərimanov rayonlarında, eləcə də bir neçə tibb müəssisəsi və digər yerlərdə bir qrup abonentin qaz təchizatı dayandırılıb.
Həmçinin qeyd edilib ki, saat 09:30-dan Quba şəhəri və bir neçə kənddə yeni çəkilmiş qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, aşkar olunmuş sızmaların ləğvi, abonentlərin evlərinin qarşısından keçən qaz xətlərinin yerinin dəyişdirilməsi və s. ilə bağlı qazın verilişində məhdudiyyətlər olacaq.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub