Sumqayıt Apellyasiya Məhkəməsində namus üstündə bacanağını öldürməkdə təqsirli bilinən Şahin Qasımovun barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
Mynews.az ölkə.az-a istinadən bildirir ki, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə Ş.Qasımovun apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, Abşeron rayonu, Saray qəsəbəsində 1976-cı il təvəllüdlü Müşviq Abbasov bacanağı Şahin Qasımov tərəfindən bıçaqlanıb.
Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
İstintaq orqanı tərəfindən Şahin Qasımova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
İttihama münasibət bildirən Şahin Qasımov özünü təqsirli bilib.
O, bacanağını namus üstündə öldürdüyünü deyib: "Qızım ailə həyatı qursa da, sonradan boşanmışdı. Mənim evimdə qalırdı. Bir gün bacanağım Müşviq Abbasov bizə gəldi, yeyib-içəndən sonra qızıma sataşdı. Hətta arvadıma da söz deyirdi. Buna görə onu bıçaqladım".
Şahin Qasımov əməlindən peşman olmadığını deyib: "Bacanağımın binamus hərəkətlərindən xəbərsiz idim. Qızıma pulla cinsi əlaqəyə girməyi təklif edib. Belə qeyrətsiz adamı yaxşı ki öldürdüm".
Qeyd edək ki, Şahin Qasımov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub