Ötən gün Bakıda gəlinini vəhşicəsinə öldürən Firdovsi Əkbər oğlu Məhərrəmov barədə yeni təfərrüatlar məlum olub.
Mynews.az baku.ws-ə istinadla xəbər verir ki, gəlini Cəmilə Fərhad qızı Məhərrəmovanı baltalayan şəxs əvvəllər zorlamaya görə məhkumluq həyatı yaşayıb.

Belə ki, Firdovsi Məhərrəmov Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 149-cu maddəsilə məhkum olunub.
Hadisə ilə bağlı qətlə yetirilən Cəmilə Fərhad qızı Məhərrəmovanı dayısı qızı T.H. BAKU.WS-ə bildirib ki, həmin şəxs vaxtilə təcavüzə görə tutulubmuş.
“O, təzəliklə həbsxanadan çıxıb”, - deyə T.H bildirib.
Hadisəyə gəlincə, qadın bildirib ki, qaynata gəlinini azyaşlı uşaqların gözü qarşısında öldürüb:
“Torpaq üstündə mübahisələri olub. Əvvəllər bu mövzuda məhkəmələri də olub. Torpaqları da bölünüb, tərəflər narazı qalıblar.
Evdə heç kim olmayanda uşaqların gözü qarşısında vurub. Qadının arxa tərəfdən başına 12 balta zərbəsi vurub.
Qayınata evdə heç kim olmayanda uşaqlara dondurma alıb, sonra qapını bağlayıb, uşaqları evdə qoyub. Gəlinin dalınca gedib, başından vurub. Evdə olan 1, 3 və 6 yaşlı uşaqlar pəncərədən baxıblar”.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub