Təhsil Nazirliyi Kəlbəcər rayonu 108 nömrəli tam orta məktəbin direktoru Bəsti Hüseynovanın müəllimlərdən pul yığması ilə bağlı iddianı araşdırıb.
Mynews.az Qafqazinfo.az-a istinadla xəbər verir ki, bu gün nazir müavini Məhəbbət Vəliyeva və nazirlik nümayəndələri məktəbdə olub.
Məlum olub ki, təhsil müəssisəsinin yerləşdiyi bina qəzalı vəziyyətdə olduğu üçün yeni binanın tikintisi zamanı tədris prosesinin başqa binada keçirilməsinə icazə verilib. Binanın daşınma və icarə haqları dövlət tərəfindən ödənsə də, məktəbin direktoru Bəsti Hüseynova icarə haqqı adı ilə müəllimlərdən vəsait toplanması üçün göstəriş verib.
Məhəbbət Vəliyevanın sözlərinə görə, hazırda araşdırma aparılır və bu müddət ərzində nazir Ceyhun Bayramovun əmri ilə direktor tutduğu vəzifədən uzaqlaşdırılıb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub