ARB TV-nin “Elgizlə İzlə” verilişində mərhum reper Anar Nağılbazın anası ilə bağlı süjet yayımlanıb.
Reperin məzarını ziyarət edən anası, Şərqiyyə Cəbiyeva oğlunun itkisi ilə barışa bilmir:
“Anar bir övlad kimi məni heç vaxt incitməyib. Ailəsinin dağılmağını istəmirdi. Çox fikir edirdi. Əsəb, stress keçirirdi. Otağına girib ağlayırdı. Eşidirdim. Heç yadımdan çıxmır. Mənə dedi ki, ana, bu gündən məni yaddan çıxar. Anar olmayacaq. Getdi.
Üzərindən 15-20 dəqiqə keçməmişdi geri qayıdıb o sözü bir dəfə də təkrarladı. 2 saatdan sonra yıxıldı. Xəstəxanaya aparanda yolda keçindi.
Hələ də inana bilmirəm ki, Anar rəhmətə gedib. İndiyədək ağlayıram, dözə bilmirəm. Anarın iyini balalarından alıram. Tətillərdə gətirirəm, yanımda qalırlar”.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub