Ölkəmizdə rəqəmsal bankçılıq sahəsində lider banklardan biri olan Bank Respublika və Uber əməkdaşlığa başlayıblar. Bu saziş Uberin ödəniş əməliyyatlarının daha rahat və etibarlı şəkildə həyata keçirilməsinə və xidmətin effektiv inkişaf etməsinə imkan verəcək.
Mynews.az azxeber.com-a istinadla xəbər verir ki, əməkdaşlıq sayəsində Uber istifadəçiləri taksi xidmətindən daha sərfəli qiymətlərlə istifadə edə biləcək , Uber-ə qoşulan sürücülər daha sərfəli maliyyə həlləri əldə edəcəklər.
"Biz, ölkəmizdə də çox məşhur dünya brendi olan Uber taksi xidməti ilə əməkdaşdığa başlamaqdan məmnunuq. "Bank Respublika”nın maliyyə həlləri nəticəsində həm istifadəçilər, həm də Uber xidmətinin sifarişlərini yerinə yetirən sürücülər qazanacaq " - deyə, bankın İdarə Heyətinin sədr müavini Aslan Abasov bildirib.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub