Paytaxtın Yasamal rayonu ərazisində "Porsche" markalı avtomobilin sürücüsü yüksək sürətlə Abdulvahab Salamzadə küçəsində yol hərəkəti qaydalarını pozub.
Mynews.az APA-ya istinadla xəbər verir ki, sürücüyə Yasamal Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları "Saxla" əmri verib. Sürücü əvvəlcə avtomobilini saxlayıb, ancaq yol patrul xidmətinin əməkdaşlarının tələbinə əməl etməyib.
Müvafiq sənədlərinin olmadığını deyərək avtomobillə ərazidən uzaqlaşıb. Daha sonra o, Mətbuat prospekti və Zərdabi küçələrində əks istiqamətli yola çıxaraq açıq-aşkar qəza şəraiti yaradıb. Ziya Bünyadov prospektində isə avtomobilini arxa-arxaya sürərək digər nəqliyyat vasitələrinin sürücülərini təhlükəli vəziyyətə salıb.
Onun bu əməli təhlükəsiz şəhər kameraları vasitəsilə qeydə alınıb. Məlum olub ki, sürücü digər iki nəqliyyat vasitəsini vuraraq qaçıb. Ziya Bünyadov prospektində isə avtomobilini ona bir daha "Saxla" əmri verən Yol Patrul Xidmətinin əməkdaşlarının üzərinə sürüb. Təxminən yarım saatlıq qaç-qovdan sonra sürücü Mətbuat prospektində süni tıxac yaradılaraq saxlanılıb.
Məlum olub ki, avtomobili idarə edən 28 yaşlı Quliyev Elşən Tahir oğludur. O saxlanılaraq polis orqanına gətirilib. Sürücü törətdiyi əməli etiraf edib. Elşən Quliyevin idarə etdiyi "Porsche" martkalı avtomobil isə 5 saylı cərimə meydançaına yerləşdirilib.
Sürücü Elşən Quliyev alkoqol sərxoşluğunun müayinəsi məntəqəsinə aparılıb. Onun barəsində toplanılan materiallar məhkəməyə göndərilib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub