Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanan "Gəl dərdini danış"da bu gün mübahisəli məqamlar yaşanıb.
Verilişə müraciət edən Ceyhun adlı Neftçala sakini birinci qrup əlil olduğunu və arvadının onu biabr etdiyini deyib. Qeyd edib ki, arvadı yaxın ailə dostu ilə ona xəyanət edib.
Ceyhun bəyin sözlərinə görə bir gözünün görməməsi və digərinin zəif olmasından istifadə edən qadın bunu rahatlıqla gizlədib. Bir gün evdə olan Ceyhun bəy qadınının biabrçı fotolarını və videolarını gizli işlətdiyi telefonda ortaya çıxardaraq tapıb. Ceyhunun dediyinə görə,onun efirə çxımaqda tək istəyi kənddə rahatçılıq tapmasıdır:
"Mən kənddə gəzə bilmirəm. Hamı arvadımın bu hərəkətindən danışır. O, çıxsın getsin kənddən. Ən pis isə ondan keçən ayda boşansam da hələ də mənim evimdə rahat qalır".
Daha sonra qarşı tərəf də efirə qoşulub müəyyən arqumetləri ortaya qoyub.
Qeyd edək ki, "Gəl dərdini danış" həftə içi hər gün saat 12:20 də Space Tv-də yayımlanır.
///Unikal.org
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub