"Samir Nuriyevi 2006-cı ildən tanıyıram. Eyni heyətin tərkibində Cənubi Koreyada səfərdə olmuşduq. Onda İqtisadi İnkişaf Nazirliyində çalışırdı.
Mynews.az azxeber.com-a istinadla xəbər verir ki, bunu "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Prezident Administrasiyasının yeni rəhbəri haqda təəsüratlarını bölüşərkən deyib.
O, qeyd edib ki, Samir Nuriyev atasını erkən yaşlarında itirib, elmi işçi olan anasının fədakarlığı sayəsində yaxşı təhsil alıb.
"Karyera pillələrində özünün qabiliyyət, intellekt, işgüzarlıq kimi üstün və önəmli keyfiyyətləri hesabına yüksəlib. Savadlı, kreativ, yeni düşüncəyə malik kadrdır. Cənab Prezidentin obyektiv, ədalətli və dəqiq seçimidir.
Dövlətin gücü, ədaləti həm də sadə bir ailədən çıxmış bacarıqlı gəncin siyasət olimpinə yüksələ bilməsi imkanı ilə ölçülür.
Dövlətimiz üçün uğurlu təyinat olacağına inanırıq!..”-deyə, R. Məcid əlavə edib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub