Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Mynews.az report.az-a istinadla xəbərinə görə, hadisə noyabrın 6-da paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini Nurlan Ağazadə idarə etdiyi “VAZ-2107” markalı avtomobili ilə Ramana qəsəbəsi, Ə.Bağırov küçəsi ilə Ramana qalası istiqamətində hərəkətdə olan zaman yolu keçmək istəyən paytaxt sakini, 1987-ci il təvəllüdlü Elyanə Məmişovanı vurub.
Daha sonra sürücü qadını avtomobili ilə Ramana qəsəbəsində yaşayan qohumu Xəyalə Musayevanın evinə aparıb, orada təcili tibbi yardım çağırıb. Təcili tibbi yardım gələn zaman E.Məmişova ölüb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub