Rusiyanın Krasnodar diyarının Armavir şəhərində erməni faşist cəlladı Qaregin Njdenin xatirə lövhəsinin sökülməsi erməniləri qəzəbləndirib. Hətta iş o yerə çatıb ki, Armavirdə yaşayan ermənilərin bir qrupu Azərbaycan Televiziyasının məsələ ilə bağlı burada çəkiliş aparan əməkdaşlarına hücum çəkərək onlara xəsarət yetirib, kameranı sındırıblar.
Mynews.az azxeber.com-a istinadla xəbər verir ki, Armavirdə erməni nasistə xatirə lövhəsinin qoyulması, faşist havadarının qəhrəmanlaşdırılması Azərbaycan və Rusiya ictimaiyyətində haqlı narazılığa səbəb olmuşdu. Ötən ay AzTV-nin Rusiya üzrə xüsusi müxbiri Zakir Musayevin hazırladığı reportajda Armavir sakinlərinin narahatlığını sizə təqdim etmişdik. Lövhə söküldükdən sonra xüsusi müxbirimiz yenidən Armavirə yollanıb: öz peşə vəzifəsini yerinə yetirmək üçün. Birbaşa bağlantıya qoşulub, lövhənin sökülməsi ilə bağlı məlumat verdikdən sonra Armavirdə yaşayan ermənilərin bir qrupu ona hücum çəkərək xəsarət yetiriblər və kameramızı sındırıblar. Şəhərin mərkəzində təxminən 50-yə yaxın erməni əməkdaşlarımızı mühasirəyə alaraq müxbirimizin kompüterini əlindən almağa cəhd göstərib. Məsələyə polis müdaxilə edib. Azğınlaşmış qrup polisin işinə belə mane olmağa çalışıb.
Xüsusi müxbirimiz Armavirdə ötən ay çəkiliş apararkən də ermənilərin müdaxiləsi ilə rastlaşmışdı.
Xatırladaq ki, bu günlərdə Armavir Şəhər Dumasının deputatı Aleksey Vinoqradov nasist havadarı Njdenin xatirə lövhəsinin üstünü qara rənglə boyamışdı. Qaregin Njde Böyük Vətən müharibəsi illərində nasional sosialistlərin erməni legionunun yaradıcısı olub. O, Şimali Qafqazda Sovet Ordusuna qarşı vuruşub. 1948-ci ildə nasist Almaniyasına havadarlıqda təqsirləndirilərək 25 il müddətinə azadlıqdan məhrum edilib və Vladimir həbsxanasında ölüb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub