Dünən yananan “EuroHome” tikinti materialları bazarındakı mebel mağazasının sahibi müştərilərinə səslənib.
Mynews.az Axar.az-az istinadla xəbər verir ki, böyük bir mebel mağazası və mebel sexi yanan sahibkar işlərinə qaldıqları yerdən davam edəcəklərini bildirib.
Mağazası içindəki mebellərlə birgə yanan sahibkar İnstaqram səhifəsindən elan edib ki, heç bir malı xilas etmək mümkün olmasa da, bu, son deyil.
Sahibkar müştərilərindən yeni sifarişlər götürəcəklərini də bildirib. Bunun üçün sahibkar müştərilərindən dəstək gözlədiyini deyib.
Xatırladaq ki, dünə səhər saatlarından başlayaraq Bakı şəhərinin Binəqədi rayonunda yerləşən “EuroHome” tikinti materialları bazarı yanıb. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə nəticəsində 5 hektarlıq ərazinin 2 hektarı tamamilə yanıb.
İlkin ehtimala görə, yanğına kafel-metlax mağazasında naqillərdə baş vermiş qısaqapanma səbəb olub.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub