İcbari sığorta yalnız çıxarışı olan evlərə aiddir.
Mynews.az Xezerxeber.az-a istinadla xəbər verir ki, 2020-ci il yanvarın 1-dən etibarən evlərin icbari qaydada sığortalanmasına başlanacaq.
İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov bildirib ki, yalnız qeydiyyatı olan evlər və obyeklər icbari qayadada sığortalanacaq. Lakin qeydiyyatı olan tikililərdən də icbari sığortaya cəlb edilməyənləri var.
Çıxarışı olan fərdi yaşayış evlərinin də icbari qayadada sığortalanmasında heç bir problem yaranmayacaq. Çünki burada əmlakın qiymətləndirilməsinə ehtiyac yoxdur.
Rəşad Əhmədov deyib ki, evlərin qeydiyyata alınması həm sığorta sektoru üçün, həm də fövqəladə risklər baxımından olduqca önəmlidir. Bu səbəbdən çıxarışı olmayan evlərin də sürətli şəkildə qeydiyyata alınmasına ehtiyac var.
Evini sığorta etdirməyənləri 30 manat cərimə gözləyir. Həmin şəxs cərimə olunduqdan sonra 20 gün ərzində icbari sığorta müqaviləsi bağlamasa yenidən cərimələnə bilər.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub