Dayancaqlarda əlillərin avtobusa minməsi üçün şərait yoxdur - VİDEO

646
Dayancaqlarda əlillərin avtobusa minməsi üçün şərait yoxdur - VİDEO
Paytaxdakı əksər dayancaqlarda əlillərin araba ilə avtobusa minməsi nəzərə alınmayıb.
 
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, dayanacaqların önündəki səkilər çox hündürdür ki, bu da əlillərin bir neçə nəfərin köməyi olmadan nəqliyyatdan istifadəsini mümkünsüz edir. Növbəti süjetimizin qəhəramanı da hər gün bu problemlə qarşılaşdığını deyir.
 
Fiziki məhdudiyyətli gəncə ətrafdakı insanlar kömək edərək hündür pilləkənlərdən qaldırırlar.
 
"Xəzər Xəbər"ə öz görüntülərini təqdim edən gənc əlil arabası ilə müstəqil hərəkət edə bilmədiyini, hündür səkilərin və pilləkənlərin əlil arabası ilə hərəkət edənlərə maneə yaratdığını bildirir.
 
Əlil arabası üçün nəzərdə tutulmuş panduslar bəzi yerlərdə olsa da, çox sərtdir və onunla qalxmaq mümkün deyil.
 
Orxan Adıgözəl deyir ki, hamı kimi çöldə rahat gəzmək istəyir, amma vəziyyət buna imkan vermir.
 
Orxan deyir ki, ailə üzvlərinə çox əziyyət verə bilmir ki, onu davamlı olaraq çöldə gəzdirsinlər. Yalnız dostlar boş olanda kömək edir. Digər vaxtlarda isə çölə çıxa bilmir.
 
Orxan deyir ki, yalnız müasir avtobuslarda əlil arabası üçün keçid var. Onların da sayı azdır.
 
Məsələ ilə bağlı "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətindənbildirdilər ki, düzdür, əvvəl salınan səkilərdə əlil arabaları nəzərə alınmayıb. İndi isə yeni çəkilən bütün yollarda onlar üçün xüsusi keçidlər qoyulur.
 

Xəbər lenti