Rusiya vətəndaşı olan tanınmış azərbaycanlı ekstrasens Zirəddin Rzayev (“ekstrasens Zirəddin” kimi tanınır) Azərbaycan mətbuatında onun barəsində dərc edilən xəbərlərdən qəzəblənərək FTX-yə yaxınlığı ilə bilinən Life.ru kanalı üzərindən videomüraciət yayıb.
Zirəddin Rzayev Rusiya vətəndaşı olduğu halda Azərbaycan mətbuatının ondan əl çəkmədiyini, sarı mətbuatın barəsində hər cür hədyan yazdığını bildirir. “Məndən nə istəyirsiniz?” deyə jurnalistlərdən soruşur.
“Siz hamınız Azərbaycanda mənim barəmdə yazmısınız ki, satanistəm, alkaşam, narkomanam, agentəm. İndi də yazmağa heç nə qalmayıb, bütün sərhədləri keçib mənə çirkab atırsınız. Bu, artıq işləmir. Özünüzü biabır etməyin. Mən Rusiya vətəndaşıyam. Rusiyada yaşayıram. Məndən nə istəyirsiniz? Mən sizə nə pislik etmişəm? Niyə Azərbaycan vətəndaşlarından yazmırsınız, məndən yazırsınız? Mənim populyarlığım hesabına pul qazanmaq, piar qurmaq istəyirsiniz. Kim sizə sifariş edib ki, barəmdə çirkin məqalələr yazasınız?”-Zirəddin Rzayev soruşur. (virtualaz.org)
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub