Ötən gün sosial şəbəkələrdə yayılan şikayət haqlı etirazlara səbəb olub. Belə ki, övladını xilas etmək üçün onu təcili dövlət xəstəxanasına çatdıran vətəndaş ağlına gətirməyəcəyi laqeydliklə üzləşib.
Medicina.az xəbər verir ki, jurnalist Səxavət Qurbanov uşağının qida borusunda qəpik qaldığı üçün onu 1 saylı Kliniki Tibbi Mərkəzə (Semaşko) aparıb. Həkimin əməliyyatda olduğunu deyiblər və onunla telefonda danışıb. Bu zaman həkim 450 azn ödəniş qarşılığında uşağı palataya yerləşdirəcəyini və xüsusi aparatla nəfəs borusuna baxacağını bildirib.
Valideyn qəpiyin uşağın nəfəs deyil, qida borusunda olduğunu deyib. Onu daha yaxşı üsulla çıxarmağın mümkünlüyünü də qeyd edib. Cavab olaraq həkim bildirib ki, pulu düzəldə biləcəksənsə, gətir, çıxardaq.

1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub