Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş parlament seçkiləri ilə əlaqədar bir neçə Seçki Dairəsində səsvermənin nəticələri ilə bağlı müraciətlərə baxılıb.
APA-nın məlumatına görə, həmin müraciətlərin Dairə Seçki komissiyalarına (DSK) göndərilməsi ilə bağlı məsələ müzakirə olunub.
İclasda 8 saylı Binəqədi Birinci, 13 saylı Xəzər-Pirallahı, 15 saylı Yasamal Birinci, 16 Yasamal İkinci, 17 saylı Yasamal Üçüncü, 18 saylı Nərimanov-Nizami, 22 saylı Nəsimi İkinci, 23 saylı Nəsimi-Səbail, 29 saylı Səbail, 31 saylı Suraxanı İkinci, 32 saylı Suraxanı Üçüncü, 34 saylı Xətai İkinci, 40 saylı Kəpəz İkinci, 42 saylı Sumqayıt İkinci, 47 saylı Mingəçevir, 56 saylı Xaçmaz Kənd, 60 saylı Salyan-Neftçala, 61 saylı Neftçala, 63 saylı Sabirabad Birinci, 72 saylı Yardımlı-Masallı, 82 saylı Ağcabədi, 84 saylı Füzuli, 88 saylı Göyçay, 94 saylı Bərdə Kənd, 106 saylı Tovuz-Qazax-Ağstafa, 107 saylı Qazax, 112 saylı Qax, 118 saylı Ağdam Şəhər Seçki dairələri üzrə müraciətlərin araşdırılması üçün müvafiq DSK-lara göndərilməsi ilə bağlı qərar qəbul edilib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub