İsmayıllıda qadının həyat yoldaşının dostu ilə qaçmasının təfərrüatı məlum olub.
50 yaşlı Məlahət Hacıyeva adlı qadın ərinin dostu ilə Türkiyəyə yox, elə yaşadığı Talıstan kəndinə qaçıb.
M.Hacıyevanın həyat yoldaşı Sərvan Hacıyev Oxu.Az-a bildirib ki, altı ildir Raqub Əhmədovla ailəvi dost olub. Bir müddət əvvəl onun həyat yoldaşı ilə münasibətindən şübhələnib, amma fakt olmadığı üçün bu barədə danışmayıb.
S.Hacıyevin sözlərinə görə, R.Əhmədovun bacıları onlara qonaq gəldiyi gün həyat yoldaşı M.Hacıyevanı da evlərinə dəvət ediblər. Gecə hamı yatandan sonra, M.Hacıyeva R.Əhmədovla mətbəxdə görüşüb. Onlar mətbəxdə qucaqlaşdıqları vaxt R.Əhmədovun həyat yoldaşı bunu görüb. Hadisələrin gedişi bundan sonra sürətlənib.
Belə ki, hadisədən sonra ailəsində ciddi problemləri olan R.Əhmədovun həyat yoldaşı evdən gedib. Bundan sonra M.Hacıyeva onlara köçüb. Hazırda cütlük Talıstan kəndində birlikdə yaşayırlar.
S.Hacıyev onu da qeyd edib ki, kənddə hamı onun həyat yoldaşını öldürəcəyini deyir:
"Oğlum zəng vurub ki, "ata, anamı öldürmüsən? Dayılarım mənə deyir ki, beş gündür bacımızla əlaqə qura bilmirik. Anamı tap”. Deyirəm ki, bala, adam iti öldürməz”.
S.Hacıyevanın sözlərinə görə, həyat yoldaşı ilə məhkəmədə iştirak edib, məhkəmə onlara üç ay əlavə vaxt verib. M.Hacıyeva məhkəmədən çıxandan sonra R.Əhmədova qoşularaq, onun evinə gedib.
S.Hacıyev uşaqları haqqında yazılan məlumatların əsassız olduğunu deyib.
"Oğlum Moskvada işləyir, keçən il martda nişanlanıb. Nişanlısı 11-ci sinifdə oxuyur. Məktəbi bitirdikdən sonra evləndirəcəm. Qızım evlidir. O da çox xoşbəxtdir. Bildirim ki, Raqubun uşaqları və qohumları ondan imtina edib. Mənimlə əlaqə saxlayıb, təsəlli verirlər”.
Qeyd edək ki, R.Əhmədovun həyat yoldaşı S.Hacıyevin əmisi qızı olub.
Xatırladaq ki, İsmayıllıda yaşlı qadının ərinin dostu ilə qaçması ilə bağlı məlumat yayılıb.